Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Həsən Əliyev küçəsi 82” ünvanı üzrə Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, 258 saylı tam orta məktəbin direktoru Kəmalə Əliyeva, Ərazi Partiya Təşkilatının üzvləri iştirak ediblər.
YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və 258 saylı tam orta məktəbin direktoru Kəmalə Əliyeva çıxış edərək, partiyanın keçdiyi şərəfli tarixi yoldan, Ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, eləcə də ölkəmizin sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz xidmətlərindən bəhs ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan mühüm tarixi nailiyyətlərə imza atıb. Xüsusilə 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər və işğaldan azad olunmuş torpaqlarımızın geri qaytarılması bu siyasətin parlaq nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP-ın ölkəmizin inkişafında mühüm xidmətlər göstərdiyi qeyd olunub.
Çıxışlardan sonra gündəlikdə olan məsələlərə baxılıb. Gündəlikdə olan digər məsələ Ərazi Partiya Təşkilatına yeni sədr və sədr müavinin seçilməsinə zərurətin yaranması olub.
Beləliklə, gündəlikdə olan məsələlər səsə qoyulub, yekdil səslə Kəmalə Əliyeva ƏPT-nin sədri, Əli Kərimov isə sədr müavini seçiliblər.
Yeni seçilən heyət gələcək fəaliyyətlərində ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması, üzvlərin uçotunun operativliyi və dəqiqliyinin diqqət mərkəzində saxlanılmasına təmin edəcəklərini bildiriblər.