PDF Oxu

Siyasət

  • 1 334

Qərb Paşinyanı SEÇDİRDİ - Putinin cavabı nə olacaq?

image

Mətləb Salahov: "Rusiya tərəfdarları ilə Paşinyan arasında siyasi düşmənçilik parlamentdə davam edəcək"

"Ermənistandakı parlament seçkiləri həm Ermənistanın özünün, həm də regionun gələcək siyasi xəritəsi baxımından mühüm nəticələrlə bitdi. Qərbin və Donald Tramp Administrasiyasının ciddi dəstək verdiyi Nikol Paşinyan hakimiyyəti yüksək seçici fəallığı şəraitində müxalifət üzərində əzici qələbə qazandı.Bu fakt, həm də Ermənistan ictimai rəyinin Rusiyayönümlü siyasətə qarşı mənfi münasibətini də ortaya qoydu. Moskvanın ciddi cəhdinə baxmayaraq Rusiyapərəst revanşistlər N.Paşinyanı hakimiyyətdən devirə bilmədilər."Bu fikirləri SİA-ya açıqlamasında jurnalist- ekspert Mətləb Salahov bildirib. Onun sözlərinə görə, Moskva öz tərəfdarlarını artıq parlament müstəvisində mübarizəyə cəlb edəcək. Burada məsələ daha kəskin xarakter alacaq. "Bu seçkilərdə Moskvayönümlü revanşistlər 37 deputat yeri qazanıblar. N.Paşinyanın komandası isə keçən seçkilərdən fərqli olaraq on deputat yeri itirərək 61 yerlə kifayətlənib. Çox güman ki, Vladimir Putinin N.Paşinyan və onun arxasındakı Qərb qüvvələri ilə mübarizəsi həm də bu qanunverici orqanda davam edəcək. Rusiyanın İrəvandakı gələcək varlığı N.Paşinyana qarşı birbaşa cavab tədbirlərinin effektli olub- olmaması ilə müəyyənləşəcək. Hazırda Kreml hələ ki, N.Paşinyanı Qərbin müdaxilə etdiyi seçki yolu ilə qalib olmaqda ittiham edir. Lakin on illər boyu Ermənistanın "xozeyni" olan Rusiyanın daha planlı hücumlar hazırlayacağı qaçılmazdır".
Afət Tahirqızı

Digər xəbərlər