PDF Oxu

Siyasət

  • 446

“İnsan Hüquqları Aylığı” çərçivəsində şagirdlər üçün maarifləndirici tədbir - ŞƏRH

image

Lerik rayon Heydər Əliyev Mərkəzi və Lerik şəhər İnternat tipli İnteqrasiya təlimli Gimnaziyanın birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində şagirdlər üçün maarifləndirici tədbir təşkil olunub.

Tədbirin giriş sözündə insan hüquq və azadlıqlarının qorunmasının cəmiyyətin hər bir üzvü, xüsusilə uşaq və gənclər üçün mühüm əhəmiyyət daşıdığını deyən Gimnaziyanın direktoru Tehran Höccətov on da vurğulayıb ki, belə tədbirlərin şagirdlərdə hüquqi şüurun formalaşmasında, vətəndaşlıq mövqeyinin möhkəmlənməsində mühüm əhəmiyyət daşıyır.

Daha sonra Lerik Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Mürsəliyeva “İnsan hüquqları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda insan hüquqlarının tarixi inkişaf mərhələləri, Azərbaycan Respublikası Konstitusiyasında əks olunan əsas hüquq və azadlıqlar, uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən tədbirlər, eləcə beynəlxalq konvensiyalar barədə ətraflı söhbət açıb.

Əsas məqsədi şagirdlərin hüquqi biliklərini artırmaq, onları Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş fundamental hüquq və azadlıqlar barədə məlumatlandırmaq olub tədbir interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib. Şagirdlər mövzu ətrafında fikir mübadiləsi aparıb, onları ən çox düşündürən suallara cavab alıblar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər