PDF Oxu

Siyasət

  • 854

Ağdamda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər davam edir

image

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Müstəqilliyimizin memarı və milli dövlətçilik tariximiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, ərazi partiya təşkilatının sədrləri, YAP fəalları, idarə və müəssisə rəhbərləri iştirak etmişlər. Tədbirdə ilk öncə Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edən Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi ərazi partiya təşkilatının sədri Hafiz Əzimzadə və digər natiqlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən, 15 iyun Milli Qurtuluş Gününün müstəqil dövlətçilik tariximizdəki rolundan, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, cənab Prezidentin rəhbərliyi altında son illərdə bütün sahələrdə genişmiqyaslı layihələrin uğurla həyata keçirilməsindən, yeni infrastrukturun yaradılmasından, müasir texnologiyaların tətbiqindən, xüsusilə işğaldan azad olunmuş torpaqlarımızda çox qısa müddət ərzində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində görülmüş işlərdən ətraflı bəhs etmişlər.

Tədbirlərin sonunda YAP Ağdam rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup şəxs fəxri fərmanlarla təltif olunub, partiya sıralarına yeni qəbul edilən üzvlərə üzvlük vəsiqələri təqdim edilib və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.

Digər xəbərlər