PDF Oxu

Siyasət

  • 587

“15 iyun- Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

image

08 iyun 2026-cı il tarixdə “Partiya fəalları” layihəsi çərçivəsində “15 iyun- Azərbaycanın taleyini dəyişən zəfər tarixi” devizi altında Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərə səfər təşkil olunub.
YAP Masallı rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və fəalları, eləcə də şəhid ailələrinin nümayəndələri Şuşa, Xankəndi, Xocalı, Ağdam və Əskəran şəhərlərinə səfər ediblər. Səfər çərçivəsində iştirakçılar doğma Qarabağın füsunkar təbiətini seyr etmək, eyni zamanda azad olunmuş torpaqlarımızda yüksələn möhtəşəm bərpa-quruculuq işlərini yerindəcə görmək imkanı qazanıblar.
Bu qəbildən olan layihələr milli-mənəvi dəyərlərin aşılanması, dövlətçilik ənənələrinin gücləndirilməsi və gənc nəslin vətənə bağlılıq ruhunda yetişdirilməsində xüsusi rol oynayır.

Digər xəbərlər