PDF Oxu

Siyasət

  • 1 286

Samux rayonunda 15 İyun Milli Qurtuluş Günü münasibətilə şahmat turniri keçirilib - FOTOLAR

image

Samux rayonunda 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar YAP Samux rayon təşkilatı tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq keçirilən silsilə tədbirlər davam etdirilir.
İyunun 9-da Milli Qurtuluş Günü münasibətilə YAP Samux rayon təşkilatının, Samux rayonu üzrə Uşaq-Gənclər İdman Şahmat məktəbinin və Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi Samux rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin 8,10,12 və 14 yaş qrupunda olan məktəbliləri arasında şahmat turniri keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində və dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi parçalanma və vətəndaş qarşıdurması təhlükəsindən xilas edib, Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsasını qoyub.
Sonra çıxış edən Uşaq-Gənclər Idman-Şahmat məktəbinin direktoru Faiq Aslanov, Samux rayonu üzrə Təhsil Sektorunun əməkdaşı Rəna Əsgərova şahmatın məktəblilər arasında intellektual inkişafın formalaşmasında mühüm rol oynadığını qeyd edib, iştirakçılara uğurlar arzulayıblar.
Daha sonra turnirə start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, şahmat turnirində qalib gələn şagirdlərə diplom və qiymətli hədiyyələrin Milli Qurtuluş Günü münasibətilə keçiriləcək ümumrayon tədbirində təqdim edilməsi nəzərdə tutulub.


Digər xəbərlər