PDF Oxu

Siyasət

  • 1 150

Şuşa Bəyannaməsi – Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələsi

image

2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu sənəd iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə yüksəldiyini nümayiş etdirən tarixi hadisədir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, imzalanmış Bəyannamə tarixi köklərə əsaslanır və Mustafa Kamal Atatürk ilə Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və “Bir millət, iki dövlət” kəlamlarının məntiqi davamıdır. Şuşada imzalanan bu sənəd xalqlarımızın ortaq tarixə, milli dəyərlərə və gələcək məqsədlərə sadiqliyinin ifadəsidir.
Şuşa Bəyannaməsi regiona mühüm strateji mesaj verdi. Sənəd Azərbaycan və Türkiyənin siyasi, hərbi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığını daha da gücləndirərək qarşılıqlı təhlükəsizlik və dəstək mexanizmlərini müəyyənləşdirdi. Bu, iki dövlətin regional sülhün və sabitliyin qorunmasında mühüm rol oynadığını bir daha nümayiş etdirdi.
Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətinin artmasına da xidmət edir. Nəqliyyat, enerji, ticarət, investisiya və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycan və Türkiyənin iqtisadi inkişafına yeni imkanlar açır. Xüsusilə Zəngəzur dəhlizinin perspektivləri regionun iqtisadi inteqrasiyasına mühüm töhfə verə bilər.
Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verir. Qarşılıqlı investisiyaların artırılması, birgə layihələrin həyata keçirilməsi və regional nəqliyyat-kommunikasiya xətlərinin inkişafı ölkələrin iqtisadi potensialını daha da gücləndirir.
Şuşa Bəyannaməsində tarixi Qars müqaviləsinə istinad olunması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Qars müqaviləsinin imzalanmasından yüz il sonra azad edilmiş Şuşada müttəfiqlik haqqında sənədin imzalanması böyük rəmzi məna daşıyır və gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edir.
Bəyannamə eyni zamanda revanşist qüvvələrə mühüm mesajdır. Sənəd göstərir ki, Azərbaycan və Türkiyə regionda sülhün, təhlükəsizliyin və beynəlxalq hüququn təmin olunması istiqamətində birgə fəaliyyət göstərir və hər hansı təhdidlərə qarşı birlik nümayiş etdirir.
Nəticə etibarilə, Şuşa Bəyannaməsi Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyən tarixi sənəddir. Bu Bəyannamə qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə xidmət etməklə yanaşı, regionun gələcək inkişafı və sabitliyi üçün də mühüm əhəmiyyət daşıyır.

Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər