PDF Oxu

Siyasət

  • 1 509

Tarixi Zirvə - ŞƏRH

image

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən mühüm sənəddir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Şuşada imzalanan bu sənəd iki ölkə arasındakı tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymuşdur.

Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvəsi olan bu bəyannamə, ölkələrimiz arasında unikal müttəfiqlik nümunəsidir. Sənəddə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunmuşdur. Bəyannamə beynəlxalq müstəvidə birgə fəaliyyəti, siyasi, iqtisadi-ticarət əlaqələrini, mədəniyyət, təhsil, idman və gənclər siyasəti sahələrini tənzimləyir. Eyni zamanda, sənəddə region üçün böyük əhəmiyyət kəsb edən enerji təhlükəsizliyi və Cənub Qaz Dəhlizinin qlobal rolu xüsusi vurğulanır.
Şuşa Bəyannaməsində hərbi əməkdaşlıq və təhlükəsizlik amilinə xüsusi yer verilmişdir. Bu sənəd tərəflərin bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəyini rəsmiləşdirən tarixi nailiyyətdir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin bəyannamədə əks olunması iki ölkənin hərbi qüdrətini artırır. Sənədə əsasən, tərəflər silahlı qüvvələrin müasir tələblərə uyğun yenidən formalaşdırılması, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və orduların birgə fəaliyyət imkanlarının artırılması istiqamətində sıx əməkdaşlıq edir. Müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması üçün aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti təşviq olunur.
Bu tarixi sənəd Azərbaycan ilə Türkiyənin sarsılmaz qardaşlığını bütün dünyaya nümayiş etdirir. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bu birliyin rəmzidir. İkinci Qarabağ müharibəsinin ilk saatlarından etibarən Türkiyə Prezidentinin Azərbaycana verdiyi açıq və birmənalı siyasi-mənəvi dəstək ölkəmizi ruhlandırmış, münaqişəyə müdaxilə etmək istəyən kənar qüvvələri dayandırmışdır. Bu çətin sınaq dövründə Pakistan da Azərbaycanın yanında yer alaraq öz real qardaşlıq dəstəyini nümayiş etdirmişdir.
Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması iki ölkə arasındakı əlaqələrin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Eyni zamanda, sənəd regionda uzunmüddətli sülhün bərqərar olmasına və Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. Yekun olaraq, Şuşa Bəyannaməsi Azərbaycan dövlətinin mühüm siyasi, diplomatik və hərbi-strateji uğurudur.
Şuşa Bəyannaməsində nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyətli iqtisadi layihələr və digər çoxşaxəli təşəbbüslər hər iki ölkənin beynəlxalq nüfuzunu davamlı olaraq artırmaqdadır. Bu sənəd Azərbaycan ilə Türkiyə arasında gələcək münasibətlərin strateji yol xəritəsini müəyyən edir və qardaşlıq əlaqələrini unikal bir zirvəyə ucaldır. Bu elə bir səviyyədir ki, regional təhlükəsizliyin təminatçısı olmaqla yanaşı, Türk dünyasının birliyinin və gücünün ən bariz nümunəsidir.

Tural Bəşirov
YAP Masallı rayon təşkilatının fəal üzvü

Digər xəbərlər