PDF Oxu

Siyasət

  • 1 296

“Bu seçkilər proqnozlaşdırıla bilən siyasi mühitin formalaşması kimi dəyərləndirilə bilər” -ŞƏRH EDİLDİ

image

“Ermənistanda 7 iyun tarixində keçirilən seçkilərin nəticələri göstərdi ki, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası yenidən parlament çoxluğunu əldə edib. Bu nəticə Ermənistanın xarici siyasət kursunda müəyyən davamlılıq ehtimalını gücləndirir”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.Onun sözlərinə görə, seçkilərin region üçün ən mühüm mesajlarından biri ondan ibarətdir ki, Ermənistanın hazırkı siyasi rəhbərliyi Qərbə inteqrasiya və Rusiya təsirindən tədricən uzaqlaşma xəttini davam etdirmək niyyətindədir:” Eyni zamanda, nəticələr cəmiyyətin böyük hissəsinin Qarabağ münaqişəsindən sonra formalaşmış yeni reallıqları qəbul etdiyini də göstərir.Gözləntilər baxımından ən vacib istiqamət Azərbaycan–Ermənistan sülh prosesidir. Paşinyan hökuməti seçki kampaniyası dövründə regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və iqtisadi əlaqələrin normallaşdırılması kimi məsələləri prioritet istiqamətlər kimi təqdim edib. Bu yanaşma Zəngəzur dəhlizi və digər regional tranzit layihələrinin irəliləməsi üçün müəyyən siyasi zəmin yarada bilər və Cənubi Qafqazda nəqliyyat-logistika inteqrasiyasının sürətlənməsi ehtimalını artırır.Digər mühüm istiqamət Ermənistan–Rusiya münasibətləridir. Seçkilər göstərdi ki, Rusiya yönümlü siyasi qüvvələr məğlub olsa da, bu mövqe tamamilə aradan qalxmayıb və cəmiyyət daxilində müəyyən təsirini saxlayır. Bununla belə, ümumi tendensiya Ermənistanın Moskva ilə ənənəvi asılılıq modelindən tədricən uzaqlaşaraq daha balanslaşdırılmış və Qərbə açıq siyasətə yönəlməsi kimi qiymətləndirilə bilər. Bu isə Rusiyanın regiondakı təsir imkanlarının mərhələli şəkildə zəifləməsi deməkdir.Azərbaycan baxımından isə bu seçkilər daha proqnozlaşdırıla bilən siyasi mühitin formalaşması kimi dəyərləndirilə bilər. Hakimiyyətin dəyişməməsi sülh prosesinin davamlı və institusional əsasda irəliləməsi üçün əlavə imkanlar yaradır, həmçinin regional təhlükəsizlik risklərinin azalmasına və iqtisadi inteqrasiyanın genişlənməsinə şərait yarada bilər.Ermənistan seçkiləri Cənubi Qafqaz üçün üç əsas tendensiyanı gücləndirir: sülh prosesinin irəliləməsi, Rusiya təsirinin tədricən zəifləməsi və Qərb inteqrasiyasının dərinləşməsi. Lakin bu proseslərin gedişi tam sabit deyil. Daxili siyasi qütbləşmə, regional təzyiqlər və geosiyasi rəqabət yaxın illərdə Ermənistanın balanslaşdırılmış siyasət kursunu çətinləşdirə bilər”.
Müəllif: Günay Hacıyeva

Digər xəbərlər