PDF Oxu

Siyasət

  • 1 212

"Paşinyanın qələbəsi Cənubi Qafqazda sabitlik gözləntilərini artırır" - ŞƏRH EDİLDİ

image

"Ermənistanda keçirilən bu seçkilər bir daha göstərdi ki, Ermənistan cəmiyyətinin böyük əksəriyyəti Azərbaycanla sülh şəraitində yaşamağa hazırdır. Onlar Nikol Paşinyana səs verməklə və onun siyasi kursunu dəstəkləməklə müharibə istəmədiklərini bir daha nümayiş etdirdilər".Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçi sözlərinə belə davam edib: "Bu, regionun gələcəyi baxımından müsbət göstərici hesab oluna bilər.Düzdür, Paşinyan konstitusion çoxluq əldə etməsə də, seçkilərdə inamlı qələbə qazanıb. Bununla belə, yeni dövrdə Azərbaycan–Ermənistan münasibətlərinin daha yüksək səviyyəyə yüksəlməsi üçün yeni imkanların yaranacağına ümid etmək olar.Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi hələ imzalanmayıb. Müəyyən mərhələlər tamamlanmış olsa da, yekun sənədin imzalanması qarşıda duran əsas məsələlərdən biridir. Sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın müəyyən şərtləri mövcuddur. Bu şərtlərin əsasını Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından tam şəkildə imtina etməsi təşkil edir.Bu məqsədlə Ermənistan Konstitusiyasına yenidən baxılması vacib hesab olunur. Yeni formalaşacaq parlamentin həm hakimiyyət, həm də müxalifət qüvvələri ilə dialoq apararaq ortaq məxrəcə gəlməsi və bu məsələnin həlli istiqamətində addımlar atması mühüm əhəmiyyət daşıyır. Məqsəd mümkün qədər qısa müddətdə referendum keçirilməsi və Konstitusiyada zəruri dəyişikliklərin həyata keçirilməsidir ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün hüquqi maneələr aradan qaldırılsın.Sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan və Ermənistan, eləcə də Türkiyə ilə Ermənistan arasında kommunikasiya xətlərinin açılması, diplomatik münasibətlərin qurulması, qarşılıqlı gediş-gəlişin bərpası və xalqlar arasında əlaqələrin inkişafı üçün daha geniş imkanlar yaranacaq.Qısası, Ermənistanda keçirilən bu seçkilərin ölkəyə daha dayanıqlı siyasi sabitlik gətirəcəyini düşünmək olar. Bu sabitlikdən isə təkcə Ermənistan cəmiyyəti deyil, bütövlükdə Cənubi Qafqaz regionu və bölgə dövlətləri də faydalana biləcəklər".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər