PDF Oxu

Siyasət

  • 943

Ağstafa rayonunda bilik yarışı keçirilib - FOTOLAR

image

09 iyun 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı və Ağstafa Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə rayon məktəblərini təmsil edən məktəblilərdən ibarət komandalar arasında bilik yarışı keçirilib.

Tədbirə başlamazdan öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev çıxış edərək 15 İyun – Milli Qurtuluş Günü barədə geniş məlumat verib və komandalara uğurlar arzulayıb.

Yarışda 25 komanda mübarizə aparıb. Suallar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, Qarabağın tarixini, eləcə də ümumi dünyagörüşünü əhatə edib.

Yekun nəticələrə əsasən, Qarabağ (Ağstafa şəhər 3 №-li tam orta ümumtəhsil məktəbi) komandası birinci yerə, Keşikçidağ (Poylu qəsəbə tam orta ümumtəhsil məktəbi) komandası ikinci yerə, Odlar yurdu (Qırılı kənd tam orta ümumtəhsil məktəbi) komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalar Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən Fəxri Fərman və kubokla təltif olunublar.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər