“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” Bu tarixi sitat Ulu Öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildikdən sonra xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüyü dövrdəki fəaliyyətinin əsaslanaraq bir devizə çevrilmişdir. Bildiyiniz kimi dövlət və xalqı uğrunda ömrünü həsr etmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin . Azərbaycanın müstəqilliyini qorumağı, onu möhkəmləndirməyi və ölkəni inkişaf yoluna çıxarmağı özünün əsas tarixi vəzifəsi hesab edirdi.Onun fəaliyyəti yalnız idarəçiliklə məhdudlaşmır, eyni zamanda dövlətçiliyin güclü əsaslar üzərində qurulmasına yönəlmiş strateji bir yol idi.XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan çox ağır vəziyyətlə üz-üzə qalmışdı.Ölkədə siyasi qeyri-sabitlik hökm sürür, iqtisadi sistem zəifləyir, müharibə şəraiti isə vəziyyəti daha da ağırlaşdırırdı.Dövlət müstəqilliyi real təhlükə altında idi və ölkənin gələcəyi ciddi sual altına düşmüşdü.Belə bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitliyin bərpası, idarəetmənin gücləndirilməsi və dövlətçiliyin qorunması istiqamətində qətiyyətli addımlar atdı.Onun rəhbərliyi ilə qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik təmin olundu, vətəndaş qarşıdurmalarının qarşısı alındı və dövlət institutlarının fəaliyyəti yenidən formalaşdırıldı.Eyni zamanda hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirildi..Bununla yanaşı, iqtisadi sahədə də ciddi dönüş baş verdi.Bu gün əldə olunan uğurlar Ulu Öndərin ideya siyasi işini Yüksək əzmlə aparan Cənab Prezident İlham Əliyevdir.O Ulu Öndərin bütün verdiyi tövsiyyə və tapşırıqları düzgün siyasəti və öz bacarığı ilə reallığa çevirmişdir.Ölkəmizin bütün sahələrdə inkişafı region dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.Bununda nəticəsi olaraq Azərbaycan regionda sülhün əminamanlığın təminatçısıdır.
Sunay Heydərova
YAP Şərur rayon təşkilatının fəal üzvü