PDF Oxu

Siyasət

  • 1 196

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatında partiya veteranının 80 illik yubileyi qeyd olundu

image

Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatında partiyanın veteran üzvü Əliyev Məlikməmməd Qocabək oğlunun 80 illik yubileyi münasibətilə yubliyarla görüş keçirilib.
YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov yubilyarı 80 illik yubileyi münasibətilə təbrik edib. O bildirib ki, Məlikməmməd Əliyev Yeni Azərbaycan Partiyasının sıralarında uzun illər fəaliyyət göstərərək partiyanın rayon təşkilatının möhkəmlənməsinə və inkişafına öz dəyərli töhfələrini verib. Anar Alışov vurğulayıb ki, belə fədakar üzvlərin həyat yolu gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Rayon təşkilatının sədri qeyd edib ki, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasətin uğurlu davamıdır və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasət uğurla həyata keçirilir. O, Məlikməmməd Əliyevə möhkəm cansağlığı və uzun ömür arzulayıb.
Məlikməmməd Əliyev öz növbəsində ona göstərilən diqqət və ehtirama görə partiya rəhbərliyinə minnətdarlığını bildirib, ona göstərilən etimadı hər zaman doğrultmağa çalışdığını qeyd edib.
YAP Yardımlı rayon təşkilatı tərəfindən yubliyara fəxri fərman və hədiyyə təqdim olunub.

Digər xəbərlər