10 iyun 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş yeniyetmələr arasında voleybol üzrə rayon birinciliyi keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, rayon təşkilatının, Ağstafa rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Komandalara uğurlar arzulanaraq yarışa start verilib.
Yarışda 9 komanda mübarizə aparıb.
Daha sonra yarışın qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Yekun nəticələrə əsasən, Köçəsgər kənd 2 №-li tam orta ümumtəhsil məktəbinin komandası birinci yerə, Poylu kənd tam orta ümumtəhsil məktəbinin komandası ikinci yerə, Vurğun qəsəbə tam orta ümumtəhsil məktəbinin komandası isə üçüncü yerə layiq görülüb.
YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa rayonu üzrə gənclər və idman sektorunun müdiri Turan Hüseynov çıxış edərək Ulu Öndərin idmana göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Bildirilib ki, cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir və ölkəmizdə idmana marağı artan gənclərin sayı günü-gündən artmaqdadır.
Qalib komandalar YAP Ağstafa rayon təşkilatının, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplom və hədiyyələri ilə təltif olunublar.
Sonda isə xatirə şəkli çəkdirilib.