PDF Oxu

Siyasət

  • 533

Şuşa Bəyannaməsi – qardaşlığın və strateji birliyin təntənəsi - ŞƏRH

image

Tarix göstərir ki, dövlətlərin uğuru yalnız onların malik olduğu resurslarla deyil, həm də qurduqları etibarlı tərəfdaşlıqlarla müəyyən olunur. Azərbaycan və Türkiyə arasında formalaşmış münasibətlər bunun ən uğurlu nümunələrindən biridir. İki qardaş ölkə arasında mövcud olan birlik illər ərzində daha da möhkəmlənərək yeni mərhələyə qədəm qoymuşdur. Bu baxımdan Şuşa Bəyannaməsi xüsusi siyasi və tarixi əhəmiyyət daşıyan sənədlərdən biridir.

Mənim fikrimcə, Şuşa Bəyannaməsi təkcə iki dövlət arasında imzalanmış növbəti sənəd deyil. Bu Bəyannamə Azərbaycan və Türkiyənin ortaq maraqlarını, gələcək hədəflərini və birgə fəaliyyət istiqamətlərini özündə əks etdirən mühüm strateji yol xəritəsidir. Xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra belə bir sənədin məhz Şuşada imzalanması böyük rəmzi məna daşıyır.

Şuşa şəhəri Azərbaycan xalqının milli qürurunun və mədəni irsinin simvollarından biridir. Bu səbəbdən Bəyannamənin məhz Şuşada imzalanması Azərbaycanın gücünü, suverenliyini və regionda yaranmış yeni reallıqları bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, bu addım Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər möhkəm təməl üzərində qurulduğunu bir daha təsdiqlədi.

Şuşa Bəyannaməsi siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə əməkdaşlığın daha da genişlənməsinə xidmət edir. Müasir dövrdə dövlətlərin qarşılaşdığı çağırışlar birgə fəaliyyət və qarşılıqlı dəstəyi zəruri edir. Bu baxımdan sənəd iki ölkənin regional və beynəlxalq məsələlərdə daha sıx koordinasiya şəraitində fəaliyyət göstərməsinə imkan yaradır.

Hesab edirəm ki, Şuşa Bəyannaməsi yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də mühüm əhəmiyyət daşıyan sənəddir. Bu sənəd Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz dostluğun və qardaşlığın hüquqi ifadəsi olmaqla yanaşı, regionda sabitlik, təhlükəsizlik və əməkdaşlığın möhkəmlənməsinə də mühüm töhfə verir.

Nəzrin Əlizadə,
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər