PDF Oxu

Siyasət

  • 1 032

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Samuxda silsilə tədbirlər davam etdirilir - FOTO

image

İyunun 11-də YAP Samux rayon təşkilatı və Samux rayonu üzrə Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluş Günü və azərbaycançılıq ideyası” adlı yığıncaq keçirilib. Öncə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
Çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olmaqla, dövlət müstəqilliyimizin qorunub saxlanılmasında müstəsna rol oynayıb. Qeyd edib ki, 1993-cü ilin iyun ayında ölkədə hökm sürən siyasi böhran, xaos və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycanı ciddi sınaq qarşısında qoymuşdu. Məhz belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni parçalanmaq və dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas edərək sabitliyin və inkişafın əsasını qoyub. Ulu Öndərin müəyyən etdiyi azərbaycançılıq ideologiyası milli birliyin, həmrəyliyin və dövlətçilik dəyərlərinin möhkəmlənməsinə xidmət edən mühüm ideya xəttidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasət uğurla davam etdirilir, Azərbaycan daha da güclənərək regionun aparıcı dövlətinə çevrilir.
Sonra çıxış edən Samux rayonu üzrə Mərkəzi Kitabxana Sisteminin direktoru Telli Nəsibova, partiya fəalları Elnurə İmamquliyeva və Məhin Məmmədova qeyd ediblər ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin ən əlamətdar günlərindən biridir. Bildirilib ki, Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi inkişafın təməli qoyulub və Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib. Çıxışlarda azərbaycançılıq ideyasının milli-mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli birliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirin sonunda məktəblilərin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş şeirlər təqdim olunub.

Digər xəbərlər