İkinci Qarabağ müharibəsi tariximizin ən şərəfli səhifəsidir. 44 gün davam edən bu haqq savaşımızda torpağını canından artıq sevən, Vətən qeyrətli, dağ vüqarlı, polad biləkli ər igidlərimiz yağıya diz çökdürərək qazanılan şanlı qələbə ilə xalqın mənliyini, kimliyini bir daha bütün dünyaya bildirdilər. Bu müqəddəs yolda tarix yazıb şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan bir də 1992-ci il aprelin 30-da Biləsuvar rayonunun Günəşli kəndində dünyaya göz açan Saleh Nurəddin oğlu Ağayevdir. O, şəhid ömrünü yaşamaqla bizim üçün böyük mənəvi sərvət qoyub. Bu sərvətin özündə Vətənə, onun torpağına, daşına ilahi bir sevgi vardır. Həmişəlik bütöv bir xalqın qəhrəmanlıq simvolunu adında yaşadan Saleh Ağayevin ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, eləcə Füzulinin, Cəbrayılın azadlığı uğrunda medalları doğmalarına bir təsəllidir.
Vətənini canından artıq sevən, igidliyi, mərdliyi, dürüstlüyü el-obada ona hörmət, rəğbət qazandıran Saleh Ağayev erməni dığalarına yerinə göstərmək amalı ilə 2010-cu ildə ordu sıralarına yollanıb. Cəbhə bölgəsində əsgərliyə başlayan Saleh bildirib ki, Vətən hər şeydən müqəddəsdir. Onu göz bəbəyi kimi qorumağa, çətində yolunda canımızı qurban verməyə hazır olmalıyıq. Həmçinin Ali Baş Komandan müharibə əmri versə, ön sırada düşmənin üzərinə mən gedəcəyəm.
Xidmət borcunu şərəflə yerinə yetirən, cəsurluq, igidlik, mərdlik həyat kredosu olan əsgər Saleh hərbi hissədə qısa zaman kəsiyində hamının sevimlisinə çevrilib. Düşməndən qisas almaq məqsədilə qatıldığı böyük cəsarət, hünər tələb edən təlimlərdə göstərdiyi fədakarlıq, eləcə qürur, heyrət doğran məqamlar hamıya nümunə olub. Vətəninə, torpağına necə ürəkdən bağlılığı çətin tapşırıqları layiqincə yerinə yetirməklə bildirib. Azərbaycanın hər qarışını canından əziz tutan Salehin köksündə çırpınan ürəyi yağıya əsir düşən müqəddəs, əzəli yurd yerimiz olan Qarabağı azad edib evə dönmək arzusu ilə döyünüb. Elə bu arzusu, Vətənə ilahi sevgisi əsgərlikdən sonra da yenidən şanlı formanı geyinməsinə səbəb olub. 2012-ci ildən etibarən xidmətini kiçik gizir kimi davam etdirib. Hər an işğalçı erməni dığalardan qisas alacağı günü gözləyib. Və buna tam hazır olmaq üçün şəxsi heyət arasında keçirilən müxtəlif təlimlərdə döyüş igidliyinə görə fərqlənib. Nümunəvi xidməti, ədəb-ərkanı, ləyaqəti, sədaqəti onu əsgərlərin, zabitlərin yanında başıuca edib.
Azərbaycan Ordusunun kiçik giziri olan Saleh Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan xalqımıza məxsus torpaqların azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsinin ilk günlərində yağının kabusuna çevrilib. Ən qaynar nöqtələrdə döyüşüb, yaşının çərçivəsinə sığmayan qəhrəmanlıqlar göstərib. Cəbrayılın çox kəndinin azad olmasında axıradək düşmənlə vuruşub və ona ciddi itkilər verib. Cəbhənin hansı istiqamətində vuruşubsa , quduz erməni faşistlərinə qan qusdurub. Çox yerdə Azərbaycanın üçrəngli qələbə bayrağını asanlardan olub. İgid Vətən oğlu Saleh oktyabrın 11-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub. Qana susamış düşməni qanda boğmaqla əlçatmaz, ünyetməz göylərə ucalıb. Vətənə, torpağa canını fəda etdiyinə görə Saleh Ağayev əbədi yaşamaq üçün könüllərə köçür.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü