Naftalan şəhərində 15 iyun-Milli Qurtuluş Gününə həsr edilmiş “Müasir Azərbaycanın memarlıq salnaməsində qurtuluşun rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə təşkilat rəhbərləri və məsul şəxslər iştirak edib.
Tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu böyük ehtiramla yad ediblər.
Ümummilli Liderin həyat və fəaliyyyətini əsk etdirən foto stendlərə baxış keçirdikdən sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov çıxış edərək bildirib ki, dövlətimiz bu gün öz inkişafının ən parlaq dövrünü yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyası ölkəmizin tərəqqisini və gələcəyini təmin edir. Bu uğurların təməlində isə Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri, eləcə də 15 iyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti dayanır.
Tədbirdə YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov çıxış edərək qeyd edib ki, Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intelektual səviyyəsi, bütün müsəlman şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz böyük öndər Heydər Əliyevin misilisiz fəaliyyətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı üçün elə bir ideologiya müəyyənləşdirmişdir ki, onun müəllifi olduğu azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummili mənafelər çərçivəsində bir araya gəlməsi, Azərbaycan mənafelərinin qələbə çalması üçün fundamental baza rolunu oynamışdır.
Digər çıxış edən natiqlər Milli Qurtuluşdan başlanan inkişaf yolunun xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və müstəqilliyimizin möhkəmlənməsinin əsasını təşkil etdiyini qeyd edərək, bu gün Azərbaycanın yeni inkişaf mərhələsində inamla irəliləməsi sayəsində regionun aparıcı dövlətlərindən biri kimi öz mövqeyini daha da gücləndirdiyini bildirdilər.