PDF Oxu

Siyasət

  • 523

YAP Qobustan rayon təşkilatında tədbir keçirilib

image

"Şəhərsalma və Memarlıq ili" çərçivəsində, 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş YAP Qobustan rayon təşkilatının "Aqrar" (Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzi) və "Baytarlıq" (Qobustan rayon Heyvan Sağlamlığı Baytarlıq Xidmətləri) ərazi partiya təşkilatları üzvlərinin iştirakı ilə tədbiri keçirilmişdir.
Tədbir Azərbaycan Respublikası Dövlət Himinin səsləndirilməsi ilə başlanmış, Partiyamızın yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Sonra Milli Qurtuluş Gününə həsr olunmuş filmə baxılmışdır.
Tədbirdə ,,Aqrar" ƏPT-nın sədri (Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru) Həsənağa Hüseyinov, "Baytarlıq" ƏPT-nın sədri (Qobustan rayon Heyvan Sağlamlığı Baytarlıq Xidmətlərinin rəisi) Emil Zinharov, partiya üzvlərindən Gülnar Əliyeva, Eyvaz Alışov və Bəxtiyar Ələkbərov çıxış etmişlər.
Sonda YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov mövzu ətradında geniş yekun nitqi söyləmişdir.
Tədbir Yeni Azərbaycan Partiyası Himninin sədaları altında başa çatmışdır.

Digər xəbərlər