PDF Oxu

Siyasət

  • 883

«15 iyun Milli Qurtuluş Günü»

image

Nərimanov rayonunda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində «15 iyun Milli Qurtuluş Günü» münasibətilə tədbir keçirilib.
YAP Nərimanov rayon təşkilatı və SOCAR – Kompleks Qazma İşləri Trestinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində «15 iyun Milli Qurtuluş Gününə» həsr olunmuş tədbir keçirilib.
SOCAR – Kompleks Qazma İşləri Trestində keçirilən tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi anılıb.
Açıq havada təşkil olunan tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, ardınca Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan SOCAR – Kompleks Qazma İşləri Trestinin rəisi Rəşad Əsgərov Azərbaycan xalqının və dövlətinin taleyində mühüm əhəmiyyətə malik olan Qurtuluş Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində və inkişafında olan rolundan geniş bəhs edib.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ölkəmizi dərin siyasi böhrandan xilas etdiyini, müstəqil Azərbaycanın inkişaf yolunun əsasını qoyduğunu bildirib. Elçin Quliyev qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir və Azərbaycan hərtərəfli inkişaf mərhələsini yaşayır.
Tədbirdə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu və Milli Məclisin deputatı Samir Vəliyev, YAP İdarə Heyətinin üzvü, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, həmçinin “Sahil” İstehsalat Bölümünün rəisi Saday Allahverdiyev çıxış ediblər. Natiqlər bildiriblər ki, Azərbaycanın çağdaş tarixində dönüş nöqtəsi hesab olunan 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin qorunmasına, ictimai-siyasi sabitliyin bərpasına və davamlı inkişafın əsaslarının yaradılmasına imkan verib. Natiqlər həmçinin Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək, onun zəngin siyasi irsinin bu gün də uğurla davam etdirildiyini qeyd ediblər.
Tədbirin davamında YAP Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Təşəkkürnamə ilə təltif olunub. Daha sonra tədbir bədii hissə ilə davam edib.



Digər xəbərlər