Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının iclası keçirilir.SİA xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.Gündəliyə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi, “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulma və Azərbaycanın Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi ilə bağlı qanun layihələri daxildir.Bununla yanaşı, torpaq qanunvericiliyi, Şuşa şəhərinin statusu, yaşıllıqların mühafizəsi, dövlət qulluğu, informasiya təhlükəsizliyi, uşaqların zərərli informasiyadan qorunması, eləcə də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər müxtəlif oxunuşlarda müzakirə olunur.Plenar iclas davam edir.
Müəllif: Günel Fərzəliyeva