17 iyun 2026-cı il tarixdə YAP Tərtər rayon təşkilatının inzibati binasında yekun attestasiya imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov qeyd edib ki, gənclərimizin elmə, təhsilə marağının artması və qazandıqları yüksək nailiyyətlər dövlətimizin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. O, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin gələcək mütəxəssislərin yetişməsində mühüm rol oynadığını vurğulayıb. Eldar Əsədov gənclərə zəngin biliklərə yiyələnməyi və dövlətçilik ənənələrinə sadiq qalmağı tövsiyə edib
E.Əsədov abituriyentləri qazandıqları nailiyyətlərə görə təbrik edib, onlara gələcək təhsil və karyera yollarında uğurlar arzulayıb.
Çay süfrəsi ətrafında keçən səmimi görüşün sonunda yüksək bal toplayan gənclərə Fəxri Fərmanlar və gül buketləri təqdim olunub.
Abituriyentlər onlara göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildiriblər.
Gənclərimizin uğuru – rayonumuzun və ölkəmizin uğurudur!
Bir daha hər birini təbrik edir, böyük hədəflərinə çatmalarını arzulayırıq!