İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə uşaqların internet və rəqəmsal platformalardan istifadəsi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.Bu fikirləri "Sosial İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehdiyeva bildirib.O,qeyd edib ki, onlayn təhsil, əyləncə və ünsiyyət imkanları uşaqların inkişafına müsbət təsir göstərsə də, rəqəmsal mühit müəyyən riskləri də özü ilə gətirir. Buna görə də uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi həm valideynlərin, həm müəllimlərin, həm də cəmiyyətin qarşısında duran vacib vəzifələrdən biridir.
Rəqəmsal təhlükəsizlik dedikdə uşaqların internetdə qarşılaşa biləcəkləri kibertəhdidlərdən, zərərli məzmunlardan, şəxsi məlumatların oğurlanmasından və onlayn zorakılıqdan qorunması nəzərdə tutulur. Sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda şəxsi məlumatların paylaşılması uşaqları müxtəlif təhlükələrlə üz-üzə qoya bilər. Buna görə də uşaqlara erkən yaşlardan internetdən düzgün və məsuliyyətli istifadə qaydaları öyrədilməlidir.
Valideynlərin nəzarəti və maarifləndirici söhbətləri bu istiqamətdə mühüm rol oynayır. Uşaqlarla internetdə qarşılaşa biləcəkləri risklər barədə açıq danışmaq, onların istifadə etdiyi tətbiq və platformalarla maraqlanmaq, təhlükəsizlik parametrlərindən istifadə etmək vacibdir. Eyni zamanda, uşaqlara tanımadıqları şəxslərləünsiyyət qurarkən ehtiyatlı olmaq, şəxsi məlumatlarını paylaşmamaq və şübhəli hallarla qarşılaşdıqda böyüklərə məlumat vermək tövsiyə olunmalıdır.
Məktəblər də rəqəmsal təhlükəsizlik sahəsində maarifləndirmə işlərini gücləndirməli, şagirdlərə kibertəhlükəsizlik, rəqəmsal etika və media savadlılığı ilə bağlı biliklərbiliklər uşaqların internet mühitində daha təhlükəsiz və məsuliyyətli davranış nümayiş etdirməsinə kömək edir.
Uşaqların rəqəmsal təhlükəsizliyi yalnız texniki vasitələrlə deyil, həm də düzgün təhsil, maarifləndirmə və ailə dəstəyi ilə təmin olunur. Sağlam və təhlükəsiz rəqəmsal mühit yaratmaq gələcəyimizin sahibi olan uşaqların hərtərəfli inkişafı üçün vacib şərtlərdən biridir. aşılamalıdır. Bu biliklər uşaqların internet mühitində daha təhlükəsiz və məsuliyyətli davranış nümayiş etdirməsinə kömək edir.
Sağlam və təhlükəsiz rəqəmsal mühit yaratmaq gələcəyimizin sahibi olan uşaqların hərtərəfli inkişafı üçün vacib şərtlərdən biridir.Buna görə də hər birimiz uşaqların rəqəmsal dünyada təhlükəsizliyinin qorunmasına öz töhfəmizi verməliyik.