PDF Oxu

Siyasət

  • 633

Samux rayonunda “17 İyun - Səhiyyə İşçilərinin Peşə Bayramı Günü” münasibətilə tədbir keçirilib - FOTO

image

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacı Bədəlli, Samux RİH-nin əməkdaşları, YAP fəalları, həkimlər və rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin məsul əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tibb işçilərini “Peşə Bayramı Günü” münasibətilə təbrik edərək, səhiyyə işçilərinin Peşə Bayramı Gününün təsis olunmasından, Azərbaycan səhiyyəsində uğurla aparılan islahatlardan, maddi-texniki bazanın təkmilləşdirilməsindən, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərdən və əhalinin dövlət tibb müəssisələrinə olan inamının getdikcə artdığından geniş məlumat verib. Həmçinin bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Ölkəmizdə tibb müəssisələrinin təmir və bərpası, imtiyazlı şəxslərin pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, uşaqların bütün tibbi xidmətlərlə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların başlıca istiqamətlərini təşkil edir.
Tədbirin sonunda fərqlənən bir qrup tibb işçisinə Samux Rayon İcra Hakimiyyəti tərəfindən “Təşəkkürnamə” təqdim edilib.

Digər xəbərlər