PDF Oxu

Siyasət

  • 642

YAP Nəsimi rayon təşkilatında 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib

image

17 iyun 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatında “17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə tədbir keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib. O, səhiyyə sahəsində çalışan insanların cəmiyyət üçün mühüm və məsuliyyətli missiya daşıdıqlarını qeyd edərək, onların fədakar əməyinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayıb.

Çıxış zamanı səhiyyə işçilərinin insanların sağlamlığının qorunması istiqamətində göstərdikləri xidmətlərin əhəmiyyətindən bəhs olunub, onların ictimai-siyasi həyatda fəal iştirakının da xüsusi önəm daşıdığı bildirilib.

Tədbirdə ərazi partiya təşkilatlarının ( ƏPT) sədrləri olan səhiyyə işçiləri Sevinc Vəliyeva, Elxan Nağıyev, Telman Həsənov, Xaliq Hüseynov və ƏPT sədr müavinləri Ceyhun Allaheverdiyev və Şəhla Quliyeva göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Sonda yerli təşkilatın ictimai-siyasi həyatında fəal iştirak etmiş səhiyyə işçilərinə fəxri fərmanlar təqdim olunub. Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər