Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) "Ermənistan" blokunun lideri, parlament seçkilərində namizəd Robert Köçəryana qarşı cinayət işinin başlanmasına razılıq verib.
SİA-nın məlumatına görə, qərar Ermənistan Baş Prokurorluğunun müraciəti əsasında verilib.
Qeyd edək ki, ötən gün Ermənistanın Baş Prokurorluğu ölkənin keçmiş prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryana qarşı cinayət təqibinin başlanmasına icazə verilməsi barədə vəsatətlə Mərkəzi Seçki Komitəsinə (MSK) müraciət etmişdi.
Mətləb