İyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib.SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.Əvvəlcə birgə foto çəkdirildi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Sonra “Qurani-Kərim”dən ayə oxundu.Daha sonra İslam İnkişaf Bankı (IsDB) haqqında videoçarx nümayiş olundu.Dövlətimizin başçısı tədbirdə çıxış etdi.Sonra İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış etdilər.Daha sonra sənədlər imzalandı.