PDF Oxu

Siyasət

  • 1 149

"Dövlət proqramı Qarabağın dirçəlişinə yeni imkanlar yaradır" - DEPUTAT DANIŞDI

image

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında qeyd etdiyi kimi, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair, 2026–2029-cu illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr ölkənin kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaqdır”.Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.O, qeyd edib ki, proqramda nəzərdə tutulan vacib məsələlərin icrasına başlanılmış, bu istiqamətdə geniş tədbirlər həyata keçirilmiş, izahat işləri aparılmış və proqramın təşviqinə başlanılmışdır: "Sözsüz ki, proqramda qarşıya qoyulan vəzifələrin icrası işğaldan azad olunmuş ərazilərdə də kənd təsərrüfatı sahələrinin inkişafını sürətləndirəcəkdir. Çünki bu torpaqlar böyük kənd təsərrüfatı potensialına malikdir və bu gün həmin ərazilərdə görülən bərpa, quruculuq və abadlıq işləri, eləcə də infrastrukturun genişləndirilməsi yüksək kənd təsərrüfatı məhsulları əldə etməyə imkan yaradacaqdır.Torpaqlar minalardan təmizləndikdən sonra yüz minlərlə hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılacaq və insanların istifadəsinə veriləcəkdir. Artıq bu proses gedir və hər il həmin ərazilərdə yüz minlərlə hektar sahədə dənli və paxlalı bitkilər, eləcə də digər kənd təsərrüfatı məhsulları yetişdirilir.Xocalıda və Zəngilanda torpaqlar icarə qaydasında vətəndaşlara verilir. Arı ailələri və heyvanlar Kəlbəcərin yaylaqlarına qaldırılır. Digər mühüm tədbirlər də həyata keçirilməkdədir.
Qarabağ və Şərqi Zəngəzur artıq özünün xoşbəxt günlərini yaşayır. Həyata keçirilən quruculuq və bərpa işləri, insanların öz ata-baba torpaqlarına qayıdışı bu gün işğaldan azad olunmuş ərazilərə yeni həyat bəxş etmişdir.Dövlət Proqramının həyata keçirilməsi üçün altı milyard manata yaxın vəsaitin, eləcə də üç milyard manat investisiyanın cəlb olunması deməyə əsas verir ki, ölkənin kənd təsərrüfatı qısa müddətdə yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır. Bu isə yeni iş yerlərinin açılmasına, məhsul bolluğunun yaradılmasına və insanların maddi rifah halının yaxşılaşmasına imkan verəcəkdir.Kənd təsərrüfatı ağır və zəhmət tələb edən bir sahədir. Bu sahənin inkişafı həm insanların əməyə məhəbbətindən və təşəbbüskarlığından, həm də təbii şəraitdən çox asılıdır. Lakin işğaldan azad olunmuş ərazilərdə görülən işlər, infrastrukturun yenidən qurulması və həmin torpaqlara yeni həyat verilməsi göstərir ki, bu sahədə atılan addımlar və irəli sürülən təşəbbüslər uğurlu olacaqdır. Çünki müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə elə möhtəşəm işlər həyata keçirilmişdir ki, bunu əvvəllər təsəvvür etmək çətin idi.İqtisadi inkişaf, insanların torpağa qayğısı və məhəbbəti həmin əraziləri bu gün nəinki ölkənin, hətta dünyanın diqqət mərkəzinə çevirmişdir.Kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin təmin edilməsində başlıca rola malikdir. Eyni zamanda, bu sahə çoxsaylı iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyət daşıyır. Sözsüz ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi və həyata keçirilməsi gələcək inkişaf üçün çox böyük və uğurlu perspektivlər açır. İstər Dövlət Proqramında, istərsə də ölkə rəhbərinin çıxışında müəyyən edilmiş vəzifələrin icrası zəruridir və bu istiqamətdə görülən işlər həmin məqsədlərə nail olunacağını bir daha sübut edir".
Lətifə Abdıyeva

Digər xəbərlər