“Şəhərsalma və Memarlıq İli” çərçivəsində İyun ayının 18-də Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının təşəbbüsü ilə Göyçay Gənclər Evində partiya veteranları ilə gənclərin görüşü təşkil edilib.
Görüşdə çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və yeni məzmunla zənginləşdirilir. O vurğulayıb ki, dövlət başçısının gənclərə göstərdiyi xüsusi diqqət və qayğı onların hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılması, eləcə də cəmiyyət həyatında fəal iştirakının təmin olunmasına xidmət edir. S.Şükürov qeyd edib ki, bu kimi görüşlər gənclərin milli-mənəvi dəyərlərə sadiq, dövlətçilik ənənələrinə bağlı və yüksək vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayır.
Daha sonra çıxış edən partiya veteranları Eldəniz Məmmədov, Pakizə Salahova, Sədaqət Abdulova, rayon Veteranlar Şurasının sədri Atəş Salahov, Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Zahidə Mirzəyeva, Göyçay Gənclər Evi SXM-nin direktoru Fərid Əkbərov çıxış edərək gənclərlə partiya veteranlarının mütəmadi görüşlərinin keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildiriblər. Natiqlər öz zəngin ictimai-siyasi fəaliyyətləri, dövlətçilik ənənələrinin qorunması istiqamətində qazandıqları təcrübə, Ulu Öndər Heydər Əliyevin siyasi irsi, prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərdən bəhs ediblər.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, partiya veteranları onlara öz tövsiyələrini verərək dövlətə, xalqa və milli maraqlara sadiq olmağın vacibliyini vurğulayıblar.