Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.SİA xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib.Gündəliyə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi, Gömrük Məcəlləsi və “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər, Azərbaycan ilə Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında sazişin təsdiqi ilə bağlı qanun layihəsi daxildir.Bununla yanaşı, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa, “Media haqqında”, “Ümumi təhsil haqqında”, “Yol hərəkəti haqqında”, “İctimai iştirakçılıq haqqında” və digər qanunlara təklif olunan dəyişikliklər, eləcə də Cinayət-Prosessual, Cəzaların İcrası, Mənzil və İnzibati Xətalar məcəllələrinə dair qanun layihələri müxtəlif oxunuşlarda müzakirəyə çıxarılıb.
Müəllif: Günel Fərzəliyeva