“Hazırda rəsmiləşdirmə zalındayıq. Elektron qaydada təqdim olunmuş gömrük bəyannamələri burada gömrük əməkdaşları tərəfindən yoxlanılır”.SİA xəbər verir ki , bu sözləri Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzi, birinci şöbəsinin rəisi Cavanşir Aslanov media nümayəndələrinə müsahibəsi zamanı bildirib.O , qeyd etdi ki, təqdim edilmiş sənədlər toplusunda hər hansı nöqsan aşkar edilmədiyi təqdirdə, gömrük bəyannaməsi emala qəbul edilir. Daha sonra sənədlər arxivləşdirilir və gömrük rəsmiləşdirilməsi proseduru həyata keçirilir.”“Yük nəqliyyat vasitəsi əraziyə daxil olduqda gömrük əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin sənəd toplusu yoxlanılır. Sənədlərdə hər hansı çatışmazlıq aşkar edilmədiyi halda, yük əraziyə buraxılaraq növbəti mərhələdə yoxlamaya və rəsmiləşdirməyə yönləndirilir.Əraziyə daxil olduqdan sonra mal müşayiət sənədləri ilə birlikdə yük aidiyyəti müəssisəyə təqdim olunur və gömrük ekspertizası aparılmaqla texniki rəy və ya texniki nəticə əldə edilir. Bu rəy əsasında sənəd toplusu gömrük bəyannaməsinin tərtib olunması üçün hazırlanır.Gömrük bəyannaməsi tərtib edildikdən sonra sənədlər gömrük əməkdaşları tərəfindən təkrar yoxlanılır. Hər hansı nöqsan aşkar edilmədiyi təqdirdə, gömrük bəyannaməsi rəsmiləşdirilir.”
Müəllif: Günay Hacıyeva