PDF Oxu

Siyasət

  • 1 035

YAP Ağstafa rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib - FOTO

image

19 iyun 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 2026-cı ilin 22-26 iyun tarixlərində Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı və Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda, “Qaya istirahət mərkəzində” keçiriləcək yay məktəbində YAP Ağstafa rayon təşkilatını təmsil edəcək partiya fəalları ilə görüş keçirilib.

Görüşdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşkilatın əməkdaşları və yay məktəbində Ağstafa rayonunu təmsil edəcəklər partiya fəalları iştirak ediblər.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev iştirakçılara yay məktəbinin məqsədi, proqramı və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı və YAP İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunan bu layihə gənclərin bilik və bacarıqlarının artırılmasına, onların dövlətçilik dəyərlərinə sadiq vətəndaş kimi formalaşmasına, həmçinin müxtəlif mövzular üzrə fikir mübadiləsinin aparılmasına xidmət edir.

Tədbirdə iştirak edəcək fəallara uğurlar arzulanıb və onların rayon təşkilatını layiqincə təmsil edəcəklərinə əminlik ifadə olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər