PDF Oxu

Siyasət

  • 1 123

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatında partiya fəalının yubileyi qeyd olundu - FOTO

image

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatında partiya fəalı Qasımov İqbal Rəzzaq oğlu 55 illik yubileyi münasibətilə təltif olundu.
Tədbirdə çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov yubilyarı əlamətdar yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzuladı. Bildirildi ki, İqbal Qasımov uzun illər ərzində partiyanın həyata keçirdiyi tədbirlərdə fəallıq göstərmiş, rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir.
Qeyd olundu ki, Yeni Azərbaycan Partiyasının sıralarında fəaliyyət göstərən hər bir üzvün əməyi yüksək qiymətləndirilir və partiyanın inkişafına töhfə verən insanların yubileylərinin qeyd olunması xoş ənənəyə çevrilmişdir.
Sonda yubilyar Qasımov İqbal Rəzzaq oğlu ona göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının rəhbərliyinə minnətdarlığını bildirmiş, gələcəkdə də partiyanın fəaliyyətində fəal iştirak edəcəyini qeyd etmişdir.
YAP Yardımlı rayon təşkilatı tərəfindən yubliyara fəxri fərman və hədiyyə təqdim olunub.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatmışdır.

Digər xəbərlər