PDF Oxu

Siyasət

  • 618

Azərbaycan Ordusu – gücümüzün, qürurumuzun və zəfərimizin rəmzi

image

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürurla qeyd etdiyi ən əlamətdar günlərdən biridir. Bu tarix təkcə peşə bayramı deyil, həm də dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin və qüdrətinin təcəssümüdür.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Milli Ordunun yaradılması ilə əsası qoyulan ordu quruculuğu prosesi bu gün müasir və güclü Azərbaycan Ordusunun formalaşması ilə öz zirvəsinə çatmışdır. Müstəqilliyimizin ilk illərində qarşıya çıxan çətinliklərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində vahid komandanlığa tabe olan nizami ordu yaradılmış, ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Bu gün Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə, müasir texniki təminata və peşəkar hərbi heyətə malikdir. Ordumuzun gücü yalnız silah və texnika ilə deyil, ilk növbədə əsgər və zabitlərimizin vətənpərvərlik ruhu, dövlətə və xalqa sədaqəti ilə ölçülür.
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz işğal altındakı torpaqlarımızı azad etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Sonrakı dövrdə həyata keçirilən tədbirlər, komando qüvvələrinin yaradılması və hərbi potensialın daha da gücləndirilməsi Azərbaycanın müdafiə qüdrətini yeni səviyyəyə yüksəltdi.
Bu gün hər bir azərbaycanlı Azərbaycan Ordusu ilə fəxr edir. Çünki ordumuz dövlətimizin sarsılmaz dayağı, xalqımızın təhlükəsizliyinin təminatçısı və müstəqilliyimizin qarantıdır.
Azərbaycan Ordusu bu gün hər bir azərbaycanlının qürur mənbəyidir. Ordumuzun qazandığı tarixi zəfərlər, əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq, xalqımızın birlik və həmrəyliyi dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirib. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, qazilərimizin fədakarlığı isə gələcək nəsillər üçün örnək olacaqdır. Güclü dövlətimizin və qüdrətli ordumuzun uğurları bundan sonra da Azərbaycanın parlaq gələcəyinə xidmət edəcəkdir.
Azərbaycan Ordusuna yeni uğurlar, qüdrət və şanlı zəfərlər arzulayırıq!

Sevda Haqverdiyeva

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin mütəxəssisi

YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri

Digər xəbərlər