PDF Oxu

Siyasət

  • 1 483

Sahibə Qafarova iordaniyalı həmkarı ilə parlamentlərarası əməkdaşlığı müzakirə edib

image

Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi ilə görüşüb.Bu barədə SİA-ya Milli Məclisdən məlumat verilib.Bildirilib ki, geniştərkibli görüşdə S.Qafarova iki dost və qardaş ölkələr olan Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatdığını, bu sahədə ölkə başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rol oynadığını vurğulayıb.Milli Məclisin sədri iki ölkə arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin də məmnunluq doğurduğunu qeyd edib.M.T.S.Əl-Qadi öz növbəsində parlamentlər arasında əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi, investisiyaların təşviqi, humanitar, gənclərlə iş sahələrində əməkdaşlıq və digər mövzularda fikirlərini açıqlayıb.O, bu səfərin və Milli Məclisin sədri ilə görüşünün parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan olduğunu diqqətə çatdırıb.Söhbət zamanı həmçinin parlamentlərin komitələri və dostluq qrupları arasında əməkdaşlıq imkanlarına diqqət yetirilib. O cümlədən, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər xəbərlər