PDF Oxu

Siyasət

  • 847

"23 İyun – Beynəlxalq Olimpiya Günü" - FOTO

image

23 iyun 2026-cı il tarixdə "23 İyun – Beynəlxalq Olimpiya Günü" ilə əlaqədar Beyləqan Olimpiya İdman Kompleksi tərəfindən açıq qapı günü təşkil edilib.

Açıq qapı günündə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon sektorunun rəhbər və məsul əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon sektorunun müdiri Sənan Quliyev və Beyləqan Olimpiya İdman Kompleksinin direktoru Gündüz İsgəndərov bildirdilər ki, Azərbaycanda idman hərəkatı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başladı. Bununla da, demək olar ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. Beynəlxalq Olimpiya Günü ilk dəfə 1948-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin təklifi əsasında qeyd edilib. Beynəlxalq Olimpiya Günü təsis edildiyi gündən etibarən simvolik bir tədbirdən 150-dən çox ölkədə milyonlarla insanın iştirak etdiyi aktiv, qlobal bayrama çevrilib.
Azərbaycan müstəqil dövlət olaraq Olimpiya hərəkatına 1992-ci ildən qoşulub. Ölkəmizdə bu sahənin sürətli inkişafı 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilən dövlət başçısı cənab İlham Əliyevin adı ilə bağlıdır. Hazırda idmançılarımız Paralimpiya, Qış Olimpiya Oyunları, Yeniyetmələrin Yay və Qış Olimpiya Oyunları, Avropa Oyunları, Avropa Gənclərinin Yay və Qış Olimpiya festivalları və İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edirlər.
Beyləqan rayonunda da idman infrastrukturunun inkişafı və kütləviliyinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Rayonda müasir Olimpiya İdman Kompleksi fəaliyyət göstərir, gənclər və yeniyetmələr bu kompleksdə asudə vaxtlarından səmərəli istifadə edirlər.
Tədbirin sonunda "23 İyun – Beynəlxalq Olimpiya Günü" münasibətilə Beyləqan Olimpiya İdman Kompleksinin rəhbərliyinə rayonda idmanın kütləviliyinin artırılması və gənclər arasında milli vətənpərvərlik ruhunun aşılanması istiqamətində apardığı işlərə görə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı adından Fəxri Fərman və hədiyyə təqdim edildi.

Digər xəbərlər