PDF Oxu

Siyasət

  • 584

Ordu quruculuğu sahəsində mühüm nailiyyət - ŞƏRH

image

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaranması Azərbaycan dövlətinin müstəqilliyinin carçısı idi.
Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Avqust ayının 1-də Azərbaycan Xalq Cümhriyyətinin ilk Hərbi Nazirliyi yaradıldı. Həmin ayın 25-də Nazir vəzifəsinə general Səmməd bəy Mehmandarov , müavini isə Əlağa Şıxlinski təyin edilib. Ordumuz həmən vaxtlar Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalçılardan azad etdi. O, zaman Ordumuz tərəfindən Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Ordumuzun ömrü çox uzun olmadı Azərbaycan Xalq Cumhriyyətinin süqutu ilə Ordumuzda ləğv olundu.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra Ulu Öndər respublikamızda Ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi. Ulu Öndər Hərb sahəsinin inkişafı üçün 1999-cu il yanvar ayının 20-də Hərbi Akademiyanın yaranması haqqında fərman imzaladı. Ulu Öndər 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, Ordu quruculuğu sahəsində də apardığı siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Azərbaycan ordusu 44 günlük Vətən müharibədə tarix yazdı,dünya bir daha Azərbaycan Ordusunun gücünü gördü.Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır.
Var olsun Ordumuz, yaşasın Ali Baş Komandanımız !
Yaşasın müstəqil Azərbaycan dövləti!
Vüqar İsmayılov
YAP Xocalı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər