PDF Oxu

Siyasət

  • 1 036

Zəfər tarixi yazan qalib Azərbaycan əsgəri

image

24 iyun 2026-cı il tarixdə YAP Masallı rayon təşkilatı Qızılağac ərazi partiya təşkilatında 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə “Zəfər tarixi yazan Qalib Azərbaycan əsgəri” mövzusunda tədbir keçirmişdir.

Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Seyfəddin Əliyev 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə tədbir iştirakçılarını ürəkdən təbrik etmiş və çıxışında xüsusi olaraq bildirmişdir ki, artıq 28 ildir ki, hər il iyun ayının 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi sonsuz təntənə ilə qeyd edilir. Bu müqəddəs günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun banisi və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Dövlət müstəqilliyi bərpa edildikdən sonra 1993-cü ilin o mürəkkəb yayında ölkədə yaranmış xaos və anarxiyanı qətiyyətlə ləğv etmək üçün Ümummilli Lider Heydər Əliyev xalqın sarsılmaz inamı və təkidli xahişi ilə yenidən siyasi hakimiyyətə gəldi. Xalqın səsinə səs verən Ulu Öndər Heydər Əliyevin bu tarixi qayıdışından dərhal sonra uzaqgörən ordu quruculuğu istiqamətində misilsiz və olduqca mühüm addımlar atıldı. Məhz Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fəxarət dolu Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun tarixi rəsmən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu unudulmaz tarix rəsmi dövlət bayramı kimi yüksək səviyyədə qeyd edilməkdədir. Zamanla ordu quruculuğunda görülən bu mühüm işlər Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz zirvəsinə çatdı və Rəşadətli Azərbaycan Ordusu öz tarixi, müqəddəs missiyasını şərəflə yerinə yetirdi. Bu dahi siyasət və sarsılmaz iradə, əldə olunan şanlı və unudulmaz Zəfərlərlə torpaqlarımızı düşmən tapdağından birdəfəlik xilas edərək tarixi ədaləti tam bərpa etməsi ilə nəticələndi. Bu gün qüdrətli Azərbaycan Ordusunun sarsılmaz gücünün beynəlxalq ictimaiyyət tərəfindən heyranlıqla etiraf edilməsi hər birimiz üçün sonsuz qürur mənbəyidir. Çünki əldə olunan bu tarixi zəfərlər zamanı nümayiş etdirilən unikal döyüş taktikası dünya hərb tarixində parlaq bir yenilik hesab olunur və hazırda müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq böyük maraqla öyrənilir.

Qızılağac ərazi partiya təşkilatının sədri Şamil Məmmədov çıxış edərək Azərbaycan silahlı qüvvələrinin yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən, son illərdə ordu quruculuğu sahəsində görülən işlərdən, ordumuzun qazandığı uğurlardan və 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsindən bəhs etmişdir. Bildirilib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı.

Tədbirdə iştirak edən Vidadi Fətuillayev, İlahə Quliyeva və başqaları çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbədən bəhs ediblər.

Digər xəbərlər