23.06.2026 –ci il tarixində Xəzər rayon Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 30 b (2 saylı Bakı DOST Mərkəzi) ünvanında partiya üzvləri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov Yeni Azərbaycan Partiyasının müasir müstəqil ölkəmizin inkişafındakı rolundan bəhs edərək onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP bundan sonra da inamlı qələbələrə imza atacaq. Partiyanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yüksəlməsinə töhfələr verəcək. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə təsdiqləyib və hazırda yeni hədəflərə doğru inamla irəliləyir.
Daha sonra çıxış edən 2 saylı Bakı DOST Mərkəzinin direktor müavini Fərzəliyev İnqilab Əkrəm oğlu ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini önə çəkərək bildirib ki, bu günün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin miqyasının daha da genişləndirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təbliğatçısı olan hər bir YAP üzvü günümüzün çağırışlarının həyata keçirilməsinə öz töhfələrini verməyə çalışır.
Tədbirin sonunda partiyanın ərazi təşkilatına sədr və sədr müavini seçkiləri keçirilib. İştirakçıların yekdil rəyi ilə Fərzəliyev İnqilab ərazi təşkilatının sədri, Abdullazadə Aynur isə sədr müavini seçilib.