PDF Oxu

Siyasət

  • 1 462

Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək

image

Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin iyunun 30-da Birinci görüşü keçiriləcək.Bu barədə SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.Belə ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələrin (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərlərinin iştirakı nəzərdə tutulur.Ortaq tarixə, milli-mənəvi, dini və mədəni dəyərlərə malik türk dövlətləri arasında birgə fəaliyyətin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədini daşıyan görüş çərçivəsində bir sıra aktual məsələlərin müzakirəsi planlaşdırılır.Görüşün əsas mövzularından biri TDT çərçivəsində dini məsələlər üzrə dövlət qurumlarının əməkdaşlıq mexanizminin yaradılmasıdır. Bu təşəbbüs iştirakçı dövlətlər arasında müvafiq sahə üzrə koordinasiyanın gücləndirilməsinə, həmçinin işçi platformasının formalaşdırılmasına xidmət edir.Həmçinin toplantının rəsmi hissəsinin yekununda əldə olunan razılaşmaları əks etdirən Kommünikenin imzalanması gözlənilir.

Digər xəbərlər