PDF Oxu

Siyasət

  • 1 196

"ABŞ–İran münasibətləri həssas mərhələdədir" - MÖVQE BİLDİRİLDİ

image

"Amerika Birləşmiş Ştatları ilə İran arasında əldə olunmuş müvəqqəti razılaşmanın nə dərəcədə dayanıqlı olacağı hələ də ciddi müzakirə mövzusudur. Çünki münaqişənin ilk günlərindən etibarən tərəflər arasında aparılan danışıqlar, qarşılıqlı ittihamlar, sərt bəyanatlar və hərbi müdaxilələr fonunda vəziyyətin tez-tez dəyişdiyinin şahidi olmuşuq".Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.O bildirib ki, müxtəlif dövrlərdə ABŞ və İran arasında müəyyən razılaşmalar əldə edilsə də, bu razılaşmaların uzunmüddətli nəticə vermədiyi hallar da az olmayıb:"Bir sıra dövlətlərin və beynəlxalq vasitəçilərin səyləri nəticəsində tərəflər dəfələrlə danışıqlar masasına əyləşiblər. Lakin sonrakı mərhələlərdə prosesin müxtəlif səbəblərdən pozulduğunu da müşahidə etmişik.Xüsusilə İran tərəfindən irəli sürülən bəzi şərtlər və ABŞ-ın Tehrana qarşı irəli sürdüyü sərt tələblər tərəflər arasında gərginliyin davam etməsinə səbəb olub. Bu amillər müəyyən dövrlərdə prosesin yenidən hərbi qarşıdurma istiqamətinə yönəlməsinə şərait yaradıb.Hazırkı müvəqqəti razılaşmanın gələcəkdə hərbi eskalasiya risklərini tam aradan qaldırdığını söyləmək hələ tezdir. Çünki tərəflər arasında etimad səviyyəsi kifayət qədər aşağıdır və siyasi bəyanatlarda zaman-zaman sərt ritorikanın davam etdiyini görürük. Xüsusilə ABŞ Prezidenti tərəfindən verilən bəzi açıqlamalar göstərir ki, tərəflər arasında bütün fikir ayrılıqları hələ də həll olunmayıb.Bu məsələdə İsrailin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra belə, İsrail prosesə öz təhlükəsizlik maraqları prizmasından yanaşır. İsrail rəhbərliyi İranın regional fəaliyyəti və nüvə proqramı ilə bağlı narahatlıqlarını davamlı şəkildə ifadə edir. Bu səbəbdən regiondakı ümumi təhlükəsizlik mühiti hələ də tam sabit hesab edilə bilməz.ABŞ və İran arasında əldə olunmuş müvəqqəti razılaşma gərginliyin müəyyən qədər azalmasına xidmət etsə də, regionda hərbi eskalasiya riskinin tam aradan qalxdığını demək mümkün deyil. Tərəflərin gələcək addımları, qarşılıqlı öhdəliklərə əməl olunması və regional aktorların mövqeyi bu prosesin taleyini müəyyən edən əsas amillər olacaq".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər