PDF Oxu

Siyasət

  • 1 409

Ordunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir - FOTOLAR

image

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında “Azərbaycan Ordusunun qüdrətlənməsi istiqamətində cənab İlham Əliyevin fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin bugünkü gücü və qüdrəti Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Son illər ərzində ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, müasir silah və texnikaların alınması istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında öz layiqli yerini tutub.

Gündüz Bayramov çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan Ordusunun peşəkarlığını və döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və xalq-ordu birliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.

Sonra çıxış edən partiya fəalları Rasim İmamquliyev, Samir Qurbanov, Təhminə Nəsibova və Sevil Vəkilova bildiriblər ki, Azərbaycan Ordusunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi təhsil sistemi təkmilləşdirilib, ordunun peşəkar kadr potensialı daha da gücləndirilib. Azərbaycanın hərbi qüdrətinin artması regionda sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan Ordusu bu gün regionun ən güclü hərbi qüvvələrindən biri olmaqla ölkəmizin müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin etibarlı təminatçısıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ordumuz bundan sonra da öz qüdrətini artıracaq, dövlətimizin maraqlarını qətiyyətlə qorumağa davam edəcək.

Digər xəbərlər