"Son dövrlərdə Türkmənistan–Azərbaycan münasibətləri öz tarixi dövlətlərarası əlaqələrinin ən yüksək mərhələsinə qədəm qoyub. Qardaş ölkənin Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı imzalanan çoxsaylı sənədlər də bu münasibətlərin hüquqi müstəvidə inkişaf etdirilməsi xarakteri daşıyırdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, Azərbaycan Prezidenti türkmən xalqını dost və qardaş xalq adlandırdı:"Doğrudan da, Xəzərin qərb və şərq sahillərində yerləşən bu iki ölkə tarixən eyni etnik kökdən, eyni dildən və eyni mədəniyyətdən qaynaqlanan xalqlar olaraq, həm də eyni dini dəyərləri bölüşürlər. Təsadüfi deyil ki, qardaş ölkənin Prezidenti Ağdama səfəri zamanı burada inşa edilən məscidlə tanış oldu. Qardaş ölkənin Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun hədiyyə etdiyi məscid hazırda inşa edilir. Azərbaycan Prezidenti də qardaş ölkəyə gələcək əməkdaşlığın, eləcə də bu gün imzalanan sənədlərin simvolu olaraq “Rəqəmsal Tanker” layihəsini hədiyyə etdi.Bu, onun göstəricisidir ki, artıq Xəzər dənizi bizi ayırmaqdan daha çox birləşdirən amilə çevrilib. Çünki ortaq resursların birgə istismarı və tranzit yüklərin daşınması nəticə etibarilə Azərbaycanı qardaş Türkmənistan üçün Qərbə açılan qapıya çevirəcəkdir.Bu da, əlbəttə ki, hər iki xalqın mənafeyi, eləcə də gələcək strateji münasibətlər baxımından olduqca əhəmiyyətlidir. Unutmaq olmaz ki, iki ölkə arasında münasibətlər beynəlxalq müstəvidə də hər iki dövlətin təhlükəsizliyi, nüfuzu və oynayacağı rol baxımından mühüm əhəmiyyət kəsb edir".
Müəllif: Arzu Qurbanlı