Ağstafa şəhər “Yazıçılar Evi”ndə keçirilən yubiley tədbirində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, RİH başçısı Seymur Orucov, yubilyarın yaxınları, sənət dostları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Nəriman Mehdixanlının həyat və yaradıcılığından geniş bəhs ediblər. Şair Nəriman Mehdixanlının “Ürəklərdə iz salam”, “Bənövşə ömrü yaşayırıq”, “Ana təbiətdir ilham mənbəyim”, “Ellər, sözüm əmanət” kimi bir çox şeir kitabları işıq üzü görmüşdür.
Nəriman Mehdixanlı ölkəmizdə mədəniyyət, incəsənət və sənət adamlarına göstərilən bu cür yüksək diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərinn minnətdarlığını bildirib.