PDF Oxu

Siyasət

  • 1 060

Vətənin şəhid oğluna ehtiram -;ŞƏRH

image

44 günlük haqq savaşımızda müqəddəs yurd yerimiz olan Qarabağ torpaqlarının azadlığı uğrunda özünü fəda edən, qanı bahasına Azərbaycanın yeni, şanlı tarixi yazan qəhrəman oğullardan biri də şəhid İlqar İbrahimovdur. İgidliyi dillərdə dastan olan Vətən sevdalısı 25 iyun 2002-ci ildə Astara rayonunda dünyaya göz açıb. Kiçik yaşlarından yurduna ürəkdən bağlanan İlqar 27 sentyabr 2020-ci ildə müharibə başlanan gündən ən qaynar nöqtələrdə qızğın döyüşlər zamanı əsl rəşadət nümunəsi göstərib. Hər dəfə yağıların üstünə gedəndə onlara ciddi itkilər verib. 3 oktyabrda Tərtər-Ağdərə bölgəsində erməni dığaları tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, Füzulinin, Suqovuşanın azadlığına görə medallarla təltif edilib.

Astaralıların qürur yeri, iftixar mənbəyi kimi ürəklərdə yaşayan şəhid İlqar Elçin oğlu İbrahimovun doğum günündə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov və aparat əməkdaşları onun ailəsinə baş çəkib, məzarını ziyarət edib, önünə təzə gül dəstələri qoyublar. Həmçinin İlqarın Vətən uğrunda göstərdiyi misilsiz qəhrəmanlıqdan, qısa, olduqca şərəfli həyat yolundan danışaraq belə igidlərin xatirəsi xalq tərəfindən daim uca tutulduğu bildirilib.

İlqarın ailəsi isə öz növbəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya , eləcə Vətəni canından əziz tutanlara sonsuz ehtirama görə dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, hər bir kəsə minnətdarlıq ediblər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər