PDF Oxu

Siyasət

  • 519

Türk dünyasının mühüm əməkdaşlıq nümunələri - ŞƏRH

image

Azərbaycan və Türkmənistan xalqları əsrlər boyu ortaq tarixə, mədəniyyətə, dilə və mənəvi dəyərlərə sahib olmuşlar. Bu ortaq köklər müstəqillik dövründə iki dövlət arasında möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin formalaşmasına zəmin yaratmışdır. Bu gün Azərbaycan və Türkmənistan münasibətləri Türk dünyasının ən mühüm əməkdaşlıq nümunələrindən biri hesab edilir.

Azərbaycan və Türkmənistan arasında keçirilən yüksək səviyyəli görüşlər zamanı bir sıra mühüm sənədlər imzalanmışdır. Bunların arasında "Strateji tərəfdaşlıq haqqında Bəyannamə", nəqliyyat-logistika əməkdaşlığına dair sazişlər, gömrük sahəsində əməkdaşlıq protokolları və ticarət əlaqələrinin genişləndirilməsinə xidmət edən sənədlər xüsusi yer tutur.

2022-ci ildə Türkmənbaşı şəhərində keçirilən Azərbaycan–Türkiyə–Türkmənistan Zirvə Görüşündə qəbul edilən Birgə Bəyanat, ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq proqramı, enerji və nəqliyyat sahələrində memorandumlar Türk dünyasının inteqrasiyasına mühüm töhfə olmuşdur.

Bu sənədlər Xəzər regionunda iqtisadi əlaqələrin genişlənməsinə, Orta Dəhlizin inkişafına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və türk dövlətləri arasında birliyin möhkəmlənməsinə xidmət edir.

Xüsusilə 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərdən sonra Azərbaycan işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq və bərpa işlərinə başlamışdır. Bu prosesdə qardaş Türkmənistan da Azərbaycana mənəvi və praktiki dəstəyini nümayiş etdirmişdir.

Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun Qarabağa səfəri zamanı aparılan bərpa və yenidənqurma işləri ilə yaxından tanış olması qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Səfər zamanı Qarabağın dirçəlişi, yeni şəhərlərin və kəndlərin qurulması yüksək qiymətləndirilmişdir.

Türkmənistanın təşəbbüsü ilə Füzuli şəhərində görkəmli türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin adını daşıyan məktəb binasının inşa edilməsi iki xalq arasında dostluğun və mənəvi bağlılığın rəmzinə çevrilmişdir.

Bu addım yalnız təhsil layihəsi deyil, həm də qardaş xalqın Qarabağın bərpasına verdiyi dəyərli töhfə kimi tarixə düşmüşdür.

Bu gün Azərbaycan–Türkmənistan münasibətləri özünün ən yüksək inkişaf mərhələlərindən birini yaşayır. İmzalanan sənədlər, həyata keçirilən birgə layihələr və qarşılıqlı səfərlər göstərir ki, iki qardaş ölkə gələcəyə birlikdə addımlayır. Qarabağın bərpasında Türkmənistanın göstərdiyi mənəvi və praktiki dəstək isə qardaşlığın sözlə deyil, əməli işlərlə təsdiqləndiyini nümayiş etdirir.Formanın YuxarısıFormanın Aşağısı

Qardaş Azərbaycan və Türkmənistanın dostluğu daim yaşasın, Türk dünyasının birliyi daha da möhkəmlənsin!

Gülnaz Rüstəmova

Yap Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər