PDF Oxu

Siyasət

  • 1 051

“Azərbaycan günümüzdə regionda etibarlı tərəfdaş, söz sahibi olan dövlət kimi çıxış edir” - DEPUTAT DANIŞDI

image

“Azərbaycan ilə Türkmənistan münasibətləri ortaq tarixə, ortaq mədəniyyətə, dil və mənəvi dəyərlərə söykənən qardaşlıq münasibətləridir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə səfəri və Möhtərəm Cənab Prezident İlham Əliyevlə keçirdiyi görüşlər bir daha göstərdi ki, iki dövlət arasında əlaqələr strateji tərəfdaşlıq mərhələsinə yüksəlir”.

Bu sözləri SİA-ya açıqlamasında milli məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib.Onun sözlərinə görə, möhtərəm cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər Azərbaycan-Türkmənistan münasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur:”Dövlət başçımızın Qarabağın bərpasına göstərilən dəstəyə görə Türkmənistan rəhbərliyinə təşəkkür etməsi qardaş ölkənin Azərbaycanın haqq işinə və postmünaqişə dövründə həyata keçirdiyi quruculuq prosesinə verdiyi dəstəyin yüksək qiymətləndirilməsinin ifadəsidir. Füzuli şəhərində Türkmənistanın təşəbbüsü ilə məscidin inşası iki xalq arasında dostluğun, mənəvi bağlılığın və qarşılıqlı etimadın rəmzidir.Azərbaycan və Türkmənistan münasibətləri siyasi dialoqla bərabər, mədəniyyət günlərinin keçirilməsi, şəhərlər arasında qardaşlaşma əlaqələrinin qurulması, humanitar sahədə əməkdaşlığın genişlənməsi xalqlarımız arasında dostluq körpülərini daha da möhkəmləndirir. Bakı ilə Aşqabadın, Füzuli ilə Arkadağın qardaş şəhər elan olunması münasibətlərimizin dərin köklərə söykəndiyini göstərir.Möhtərəm Cənab Prezident İlham Əliyevin Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsini tarixi hadisə kimi qiymətləndirməsi xüsusi diqqət çəkir. Sözügedən qərar Azərbaycanın regionlararası əməkdaşlıqda artan rolunun, ölkəmizin türk dünyasında və bütövlükdə Avrasiya məkanında mühüm geosiyasi aktora çevrildiyinin göstəricisidir. Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat və logistika layihələri qlobal əhəmiyyət daşıyır.Ölkə rəhbərimizin vurğuladığı kimi, nəqliyyat-logistika sahəsində əldə edilən uğurların əsasında ilk növbədə siyasi etimad və qarşılıqlı hörmət dayanır. Azərbaycan və Türkmənistan Xəzər hövzəsində əməkdaşlığın dərinləşdirilməsi, Şərq-Qərb və Orta Dəhliz marşrutlarının inkişafı istiqamətində mühüm rol oynayırlar. Əməkdaşlıq bütövlükdə regionun iqtisadi inkişafına və təhlükəsizliyinə xidmət edir.Səfər çərçivəsində imzalanan sənədlər göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Energetika, nəqliyyat, iqtisadiyyat, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, türk dünyasında inteqrasiyanın daha da güclənməsinə töhfə verir.Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan günümüzdə regionda etibarlı tərəfdaş, söz sahibi olan dövlət kimi çıxış edir. Türkmənistanla münasibətlərin inkişafı da məhz bu uzaqgörən siyasətin uğurlu nəticələrindəndir.Möhtərəm Cənab Prezident İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun sayəsində Azərbaycan-Türkmənistan qardaşlığı bundan sonra da möhkəmlənəcək, ortaq layihələr və təşəbbüslər xalqlarımızın rifahına, regionun sabitliyinə və türk dünyasının birliyinə mühüm töhfələr verəcəkdir”.
Müəllif: Günay Hacıyeva

Digər xəbərlər