PDF Oxu

Siyasət

  • 662

Sədərək rayonunda qanvermə aksiyası keçirilib - ŞƏRH

image

Sədərək rayonunda xeyriyyə və humanizm dəyərlərini təşviq edən qanvermə aksiyası təşkil olunub. Sədərək rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatının təşkilatçılığı ilə baş tutub.

Aksiyanın əsas məqsədi qan ehtiyacı olan insanlara dəstək göstərmək, cəmiyyətdə sosial həmrəylik və yardımsevərlik ənənələrinin gücləndirilməsi olub. Tədbirdə partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri və könüllü iştirakçılar fəal iştirak edərək qan veriblər.

Tədbir zamanı iştirakçılar bildiriblər ki, Aşura günü yalnız dini-mənəvi dəyərlərin yad edilməsi deyil, eyni zamanda insanların bir-birinə dəstək olduğu, yardımlaşma və mərhəmət hisslərinin daha da gücləndiyi bir gündür. Bu baxımdan qanvermə aksiyası həm mənəvi, həm də sosial baxımdan mühüm əhəmiyyət daşıyır.

Aksiya çərçivəsində toplanan qan ehtiyatlarının müxtəlif xəstəliklərdən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan insanların müalicəsində istifadə olunacağı qeyd edilib.

Sədərək rayonunda keçirilən bu təşəbbüs bir daha göstərdi ki, cəmiyyətin sağlamlığı və insan həyatının qorunması naminə həyata keçirilən belə sosial layihələr böyük həmrəylik və məsuliyyət nümunəsidir. YAP Sədərək rayon təşkilatının təşkil etdiyi aksiyada partiya fəallarının yüksək fəallıq nümayiş etdirməsi tədbirin uğurla həyata keçirilməsinə mühüm töhfə verib.

Digər xəbərlər