PDF Oxu

Siyasət

  • 507

“Qalib Azərbaycan Ordusu: tarix, qəhrəmanlıq və Zəfər ənənələri” - FOTOLAR

image

Masallı Rayon İcra Hakimiyyəti, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Masallı rayon təşkilatı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Masallı rayon Komitəsi yaxından dəstək sayəsində “26 İyun — Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü” münasibətilə təşkil olunan tədbir-sərgiyə bu başlıq seçilmişdi.

Rayon rəsmilərin, təşkilatçı qurumların rəhbərlərin, qazi, müharibə veteranların və rayonun mədəniyyət işçilərin iştirak etdiyi tədbirdə ilk olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva rəşadətli Azərbaycan Ordusunun keçdiyi şərəfli tarixi yoldan, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərdən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış tarixi Zəfərdən danışıb.

Daha sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayon üzrə nümayəndəsi Salman Yunusov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon üzrə sədri Ramiz Tağıyev, “Yeni Həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev və Birinci Qarabağ müharibəsi veteranı Fuad Ağayev çıxışlarında ordumuzun döyüş meydanlarında göstərdiyi misilsiz qəhrəmanlıqdan, onun müasir gücündən, eləcə Zəfər ənənələrinin gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsindəki böyük rolundan söz açıblar.

Tədbirin yekununda qonaqlar mövzuya həsr olunmuş sərgiyə baxış keçirib, nümayiş etdirilən eksponat, rəsm əsərləri ilə tanış olub və sonda xatirə şəkilləri çəkdirilib.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər