PDF Oxu

Siyasət

  • 1 423

TÜRKPA Qlobal Tolerantlıq və Sülh Şurası ilə əməkdaşlığı genişləndirir

image

İyunun 25-də TÜRKPA ilə Qlobal Tolerantlıq və Sülh Şurası (QTSŞ) arasında gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən Niyyət Protokolu imzalanıb.TÜRKPA-dan SİA-ya bildirilib ki, qurumun Baş katibi Ramil Həsən sənədin beynəlxalq parlament təşkilatları arasında əməkdaşlığın inkişafına, eləcə də regionda və dünyada sülhün, qarşılıqlı anlaşmanın və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulayıb.QTSŞ-nin Prezidenti Ahmed Bin Mohammad Al-Jarwan isə TÜRKPA ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirərək, imzalanmış Niyyət Protokolunun iki təşkilat arasında münasibətlərin daha da inkişafına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edəcəyini qeyd edib.

Digər xəbərlər